Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Putin Soçidəki 1 milyard dollarlıq bağ evini sökdürüb” - Media
“Putin Soçidəki 1 milyard dollarlıq bağ evini sökdürüb” - Media

Ukrayna tərəfindən ola biləcək PUA hücumu səbəbindən Rusiya prezidenti Vladimir Putinin Rusiyanın cənubundakı Soçi şəhərindəki yay iqamətgahının söküldüyü iddia edilir.

Bizimyol.info xəbər verir ki, Rusiyanın “Proekt” mətbuat orqanının “Mirror” qəzetinin verdiyi xəbərə görə, 72 yaşlı Putinin öldürülməkdən qorxduğu üçün Qara dəniz sahilindəki yay iqamətgahına getmədiyi də xəbərdə qeyd edilib.

Rusiyanın müxalif media orqanı olan “Proekt”in əldə etdiyi peyk görüntüləri Putinin bağ evinin fevral və ya mart aylarında söküldüyünü və evdən geri qalan böyük bir torpaq çuxuru olduğunu göstərir.

Sürgündə olan ruslar tərəfindən qurulan “Proekt”in xəbərində: “Öz həyatı üçün qorxduğuna görə Soçiyə getməyi dayandırıb. Prezident dron hücumlarından qorxur. Bağ evinin yerləşdiyi yer indi çuxurdur”, -deyilir.

Xəbərə görə, Putinin ola biləcək PUA hücumu ilə bağlı narahatlığına görə bağ evini sökməyə qərar verdiyi barədə məlumatı mövzuya yaxın mənbə də təsdiqləyib.

1 milyard dollarlıq bağ evi 1991-ci ildən Putin tərəfindən rəsmi iqamətgahlarından biri kimi istifadə olunub. Onun "Covid-19" epidemiyası zamanı özünü burada təcrid etdiyi qeyd edilib.

“Moskva Tayms” qəzetinin yazdığına görə, Putin adətən ildə ən azı 30 gününü 2014-cü ildə Soçi Olimpiadası üçün tikilmiş bağ evində keçirirdi. Lakin 2022-ci ilin fevralında Rusiyanın Ukraynaya müharibə elan etməsindən sonra onun rezidensiyaya səfərləri azalmağa başlayıb. O, 2023-cü ildə iqamətgahda cəmi səkkiz gün qalıb və bu ilin mart ayından iqamətgahda olmayıb.

“Putinin bağ evinə sonuncu səfəri martın 6-da Beynəlxalq Atom Enerjisi Agentliyinin prezidenti Rafael Qrossi ilə görüşü zamanı baş tutub”, - deyə xaricdə yaşayan rus müxalifət mətbuatı yazıb.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »