Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Microsoft” gələn il Süni intellekt xüsusiyyətli "Windows 12"ni təqdim edə bilər
“Microsoft” gələn il Süni intellekt xüsusiyyətli "Windows 12"ni təqdim edə bilər

“Microsoft” düz 2 il əvvəl “Windows 11” əməliyyat sistemini buraxdı. İndi isə növbəti versiya olan “Windows 12”nin süni intellekt xüsusiyyətləri ilə 2024-cü ilin ikinci yarısında çıxa biləcəyi iddia edilir.

Bizimyol.info xəbər verir ki, “Microsoft” şirkəti özünün “Windows” versiyasının “Hudson Walley” kod adlı yeni versiyasını təqdim etməyə hazırlaşır.

Bir çox sektorlarda yer almağa başlayan süni intellekt, “Microsoft”un növbəti versiyasında istifadə etməsi ilə bir çox insan üçün daha əlçatan olacaq.

İddialara nəzər saldığımız zaman “Microsoft”un “Windows”un növbəti versiyasına süni intellekt inteqrasiya edərək inqilab yaradacağı bildirilir. Hazırda “Hudson Walley”nin ilk versiyaları “Windows Insider Canary” platformasında sınaqdan keçirilir.

“Hudson Walley”nin ilk diqqət mərkəzində süni intellekt olacaq.

Hazırlanması davam edən “Hudson Walley” versiyası süni intellektlə təchiz ediləcək. “Copilot AI”ni köməkçi kimi istifadə edəcək “Windows 12” bu köməkçini davamlı olaraq arxa planda işlədəcək və bir çox əsas funksiyaları daha faydalı edəcək. Bu süni intellekt əməliyyat sisteminin özü ilə inteqrasiya olunacaq və daha faydalı təcrübə üçün daha güclü NPU (Şəbəkə Prosessoru) istifadə etməli olacaq.

“Copilot AI Windows 11” də “Paint” və bir çox digər proqramlarda istifadə olunur.

“Copilot AI” “Paint” proqramında şəkillərin fonunu silmək və bir çox başqa funksiyalara malikdir. Artıq “Windows” 11-də istifadə olunmağa başlaması onun növbəti versiyada daha səmərəli istifadə olunacağını göstərir.

“Windows 12”də “Copilot AI” ilə yanaşı, “Hudson Walley”nin süni intellektlə dəstəklənən divar kağızları, fotoşəkillərdə, videolarda və həmçinin oyunlarda təsvir keyfiyyətini yaxşılaşdıran “Super Resolution” (Super görüntü imkanı) xüsusiyyəti, təkmilləşdirilmiş enerjiyə qənaət rejimi və yenidən işlənmiş ekran paneli təklif edəcəyi iddia edilir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »