Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qlobal istiləşmə insan beynini kiçildə bilərmi? - Beynəlxalq araşdırma nəticələri nə göstərir?
Qlobal istiləşmə insan beynini kiçildə bilərmi? - Beynəlxalq araşdırma nəticələri nə göstərir?

Coğrafi mühitlər təkcə sosial-mədəni sahədə deyil, həm də iqlim şəraitindən asılı olaraq fiziki fərqliliklərimizdə rol oynayır.

Bizimyol.info xarici mətbuata istinadla xəbər verir ki, insanların zahiri görünüşündəki aşkar təzadları nəzərə alsaq, coğrafiyanın təsirini və bununla da iqlim dəyişikliklərini müşahidə edə bilərik.

“Brain, Behavior and Evolution” jurnalında dərc olunan araşdırma yazısına görə, insan beyninin ölçülərində iqlim dəyişikliyinə uyğunlaşan artımlar və azalmalar var. İqlim şəraitinə uyğun adaptasiyanı inkişaf etdirən beyində büzülmə müşahidə olunur.  İnsanların məruz qaldıqları həyat şəraiti və yaşadıqları coğrafi bölgələrdəki ekoloji fərqliliklər kimi xarici amillər morfoloji xüsusiyyətlərə görə diferensiallaşmaya səbəb olur.

Homo sapiens növünə daxil olan insanların daşıdığı homoloji hüceyrələrdə baş verən dəyişikliklər kəllə və diş anatomiyası kimi fərqli struktur xüsusiyyətlərində dəyişikliklərə səbəb olur. Böyük başı və ya geniş alınlı insanların daha böyük beyinlərə sahib olduqlarını və buna görə də daha ağıllı olduqlarını düşünməyimizə səbəb olan anatomik quruluş insanlar arasında ümumi psixoloji çağrışımlara səbəb ola bilər.

Daha böyük başlı insanlar həqiqətən ağıllıdırlarmı?

Tədqiqat zamanım çoxlu resurslardan istifadə edilib.

Minlərlə il əvvələ aid fosillər və iqlim hesablamaları müvəqqəti uyğunluq baxımından müqayisə edilib.

Qalıqlar yaşlarına görə qruplara ayırmış və dörd fərqli fosil yaş aralığından istifadə edərək analizi həyata keçirilib.

Fosillərin kəllə və beyin həcmləri bədən ölçüləri ilə mütənasib olaraq hesablanmışdı.

Ümumilikdə 298 kəllə ölçüləri aparılıb. Bədən və kəllə ölçülərini müqayisə edərək, kəllə tutumu ölçmələrindən beyin ölçüsünün təxminləri əldə edilib.

Daha sonra Antarktidadakı “Antarktika Buz Əsas Avropa Layihəsi” (EPICA) Qübbə C-dən alınan temperatur məlumatları da daxil olmaqla dörd iqlim rekordu müqayisə edilib. Son 50.000 ildə 298 nümunənin araşdırılmasını əhatə edən araşdırmada, Jeff Morgan Stibel, isti iqlim dövrlərində orta beyin ölçülərində əhəmiyyətli dərəcədə azalma olduğunu təsbit etdi. Məlum olub ki, insan beyni isti iqlimə məruz qaldıqda kiçilir. Beyin kiçilməsinin ən böyük faktoru əslində məruz qaldığımız iqlim dəyişiklikləridir.

Jeff Morgan Stibel-in 2022-ci ildə nəşr olunan tədqiqat məqaləsi göstərir ki, dörd iqlim qeydi ilə müqayisədə, daha soyuq iqlimə məruz qalan insanların beyin ölçüsü daha isti iqlimlərdə yaşayan insanlara nisbətən daha böyükdür.

Bir sözlə, araşdırmalara görə, iqlim istiləşdikcə beynin ölçüsü kiçilir. Həmçinin Stibel, rütubət və yağıntı səviyyələrinin də temperaturdan daha az dərəcədə olsa da, beyin inkişafına təsir etdiyini ortaya qoyub.

Qeyd edək ki, qlobal istiləşmənin beynimizi daha kiçik edə biləcəyi ehtimalından danışılır. Gələcəkdə böyük problemlərlə üzləşə bilərik. Tədqiqata görə, insanlar xüsusilə son buzlaq maksimumundan təxminən 17 000 il sonra baş verən Holosen istiləşmə dövründə orta beyin ölçüsündə 10,7 faizdən bir qədər çox azalma yaşayıblar.

“Lakin beyin ölçüsündə dəyişikliklər iqlim dəyişikliyindən minlərlə il sonra baş verir”-deyə , Stibel bildirib. Stibel tərəfindən açıqlanan bu nəticələr, davam edən qlobal istiləşmənin insan idrakına potensial zərərli təsirləri ilə bağlı narahatlıqları da artırıb. Stibel iddia edir ki, müasir insanlar arasında beyin ölçüsünün kiçik bir azalması belə hələ tam başa düşülməyən mühüm fizioloji nəticələrə səbəb ola bilər.

İlahin,Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »