Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyənin xarici işlər naziri Hakan Fidan iyulun 15-də Ukraynaya səfər edəcək
Türkiyənin xarici işlər naziri Hakan Fidan iyulun 15-də Ukraynaya səfər edəcək

Türkiyənin xarici işlər naziri Hakan Fidan iyulun 15-də Ukraynaya səfər edəcək.

Bizimyol.info xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andriy Sıbiqa "X" sosial şəbəkəsində paylaşım edib.

"Sabah Hakan Fidanın səfərini gözləyirəm", – deyə Sıbiqa bildirib.

Bundan əvvəl Hakan Fidan yaxın vaxtlarda Ukraynaya səfər etməyi planlaşdırdığını açıqlasa da, dəqiq tarixi açıqlamamışdı. O, həmçinin Rusiyanın 2025-ci ilin avqustunda Alyaskada ABŞ ilə Ukrayna məsələsi üzrə əldə olunmuş razılaşmalara sadiq qaldığını, lakin Kiyevin də bu razılaşmaları qəbul etməsinə nail olmağın vacib olduğunu vurğulamışdı.

Qeyd edək ki, Hakan Fidan iyun ayında Rusiyaya səfər etmişdi.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »