Ermənistan hökuməti 2027-ci ilin martından etibarən 6 və daha çox uşağı olan ailələrin mənzil alışı xərclərini tam subsidiya edəcək.
Bizimyol.info xəbər verir ki, proqram İrəvan istisna olmaqla, ölkənin bütün yaşayış məntəqələrində mənzil və ya ev almaq istəyən ailələrə şamil olunacaq. Yardımdan yararlanmaq üçün ailənin illik gəliri 10 milyon dramı (təxminən 27 min dollar) keçməməli, həmçinin yüksək dəyərli daşınmaz əmlakı olmamalıdır.
Dövlət dəstəyinin məbləği uşaqların sayına görə müəyyən ediləcək. Hər yetkinlik yaşına çatmayan uşaq üçün 4 milyon dram ayrılacaq. Beləliklə, 6 uşaqlı ailə şəhərdə ev alarkən 24 milyon dram, kənddə isə əlavə ödənişlə 28 milyon dram yardım ala biləcək.
Ermənistanda hazırda 6 və daha çox uşağı olan 658 ailə yaşayır. Proqramın bütün ailələri əhatə etməsi halında dövlət büdcəsindən ildə təxminən 32 milyard dram vəsait tələb olunacağı bildirilir.
Ölkədə 5 uşaqlı 3 mindən çox ailənin də olduğu qeyd edilir. Gələcəkdə onlar üçün də daha məhdud həcmli mənzil dəstəyi proqramının tətbiqi nəzərdən keçirilə bilər.
Bizimyol.info






