Şəhərlər arasında səyahət etmək üçün istifadə etdiyimiz nəqliyyat vasitələri arasında yer alan avtobuslar, ən çox istifadə etdiyimiz nəqliyyat vasitəsidir. Ancaq hər bir nəqliyyat vasitəsində olduğu kimi, sərnişin avtobuslarında da gözlənilməz qəzalar baş verə bilər. Hamı üçün maraqlı bir sual var - hansı oturacaq daha təhlükəsizdir?
Bizimyol.info xarici mətbuata istinadla xəbər verir ki, təhlükəsizlik kəməri səyahət zamanı baş verə biləcək qəzalara qarşı qoruyucu olsa da, əlbəttə ki, diqqət yetirməli olduğumuz başqa nüanslar da var. Bunlardan ən önəmlisi avtobusda oturduğumuz yerdir.
Əslində, bir çoxumuz avtobus qəzası zamanı ən təhlükəsiz oturacağın sürücünün arxasındakı ön oturacaqlar olduğunu düşünür. Çünki sadə bir məntiqlə qəza zamanı sürücü ilk olaraq, özünü qorumaq üçün manevrlər edəcək və bu düşüncə ilə sürücüyə ən yaxın olan oturacaqlar ən az zərərlə xilas olacaq. Amma mütəxəssislərin fikrincə, bu da səhv düşüncədir. Avtobusun ön hissəsində oturan sərnişinlər baş verən qəzada böyük risk altındadır və təəssüf ki, sürücünün manevrləri çox vaxt qeyri-kafi olur. Arxa oturacaqların sərnişinləri də qabaq oturacaq sərnişinləri kimi mümkün qəza zamanı böyük təhlükə ilə üzləşirlər. Çünki arxadan toqquşma zamanı ən çox arxa oturacaqlarda olan sərnişinlər zərər çəkir.
Pəncərə tərəfini sevənlər üçün də vəziyyət fərqli deyil. Çünki qəza olub-olmamasından asılı olmayaraq, pəncərələr hər zaman kənardan gələn ani təsirlərə qarşı həssasdır.
Bundan başqa, sürücünün səhv ötmə əməliyyatı və ya qarşı zolaqdan gələn nəqliyyat vasitələrinin törətdiyi müxtəlif səhvlər zolağa ən yaxın hissə olan pəncərə kənarları üçün böyük risk yaradır.
Aparılan araşdırmalara və indiyə qədər baş verən qəzalarda yaralanma və ölüm hallarına nəzər saldıqda demək olar ki, ən təhlükəsiz yer avtobusun orta hissələridir. Yəni pəncərə önündə deyil, pəncərə önündə olan yerin yanında oturmaq daha məsləhətlidir. Avtobusun ön və ya arxasına yaxın deyil, mərkəz nöqtəsində təkərlər arasında oturmaq təhlükəsiz səyahəti təmin edə bilər.
İlahin, Bizimyol.info






