Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avtomobildə qapılar bağlı halda qalanlar üçün ölüm təhlükəsi: "Alınan nəfəs özü zəhərləyir"
Avtomobildə qapılar bağlı halda qalanlar üçün ölüm təhlükəsi: "Alınan nəfəs özü zəhərləyir"

Klostrofobiyanız varsa, qapalı məkanda qalmaq həyatda ən böyük qorxularınızdan biri ola bilər. Ancaq avtomobildə kilidli qalmaq üçün klostrofobik olmaq lazım deyil. Çünki bu həqiqətən insan həyatı üçün təhlükəlidir. Və bu prosesdə çox insan həyatını itirib.

Bizimyol.info xarici mətbuata istinadla xəbər verir ki, avtomobildə bağlı qalan uşaq və ya ev heyvanıdırsa, bu, daha ağır nəticələrə səbəb ola bilər.

Maşının qapıları bağlı qaldığı zaman çox uzun müddət nə baş verdiyini belə anlaya bilməzsiniz. Bir neçə saatdan sonra başınız ağrımağa başlayacaq. Maşında bağlı olduğunuz zaman içindəki hava zamanla tükənir. Bu səbəbdən də əvvəlcə nə baş verdiyini başa düşə bilmirsiniz. Nə baş verdiyini anlamağa başlayanda əvvəlcə baş ağrısı hiss edirsən. Çünki avtomobilinizin içindəki oksigen səviyyəsi aşağı düşməyə başlayır.

Normal şəraitdə havanın 21 faizi oksigendən ibarətdir. Ancaq nəfəs alıb-verdikcə havadakı oksigenin səviyyəsi azalır və karbon qazının səviyyəsi yüksəlir. Havadakı karbon qazının səviyyəsi 15 faizə çatdıqda, insan ölür. Avtomobildə bağlı şəraitdə ölmək üçün təxminən 6 saat vaxt lazımdır. Orta bir avtomobilin salonu 10 kubmetr hava qəbul edir. Bu havanın tərkibində 0,05 faiz karbon qazı var. Nəfəsinizlə karbon dioksid nisbətini 15-ə çatdırmağınız təxminən 6 saat çəkəcək. Bu nöqtədən sonra alacağınız nəfəs sizi zəhərləyir və qısa müddətdə həyatınızı itirirsiniz.

Avtomobildə sıxışıb qalanda boğulmadan ölmək demək olar ki, mümkün deyil. Bu gün istehsal edilən hər bir avtomobildə havalandırma dəlikləri var. Başqa sözlə, avtomobilinizin pəncərələri və qapıları bağlı olsa belə, hava daxil olmağa davam edir. Sizi öldürən oksigen çatışmazlığı deyil, temperaturun yüksəlməsidir.

Bir müddət günəş işığında park etdiyiniz avtomobili düşünün. Yenidən mindiyiniz zaman həddən artıq qızmış sükanı saxlamaqda belə çətinlik çəkə bilərsiniz. Avtomobildə qaldığınız zaman qış olsa belə, qapı-pəncərələri bağlı olan avtomobilinizin salonu isinməyə başlayır. Günəşdə olsanız 1 saat, kölgədə olsanız 2 saat ərzində içəridəki temperatur artır.

Yaşadığınız bölgədən və avtomobilinizin yerindən asılı olaraq, avtomobilinizin daxili temperaturu bir neçə saat ərzində havadan 30-40 dərəcə yüksək ola bilər. Xüsusilə yayda temperaturun dəyişməsi daha tez baş verir. Əslində, temperaturun bu dəyişməsi böyüklər üçün ölümcül olmasa da, ev heyvanları, uşaqlar və körpələr üçün ölümcül ola bilər. Bağlı olduğunuz avtomobilin içərisindəki temperatur artımı çox qısa müddətdə mövsümi normaların üzərinə qalxır. Nəticədə vücudunuz daha çox maye itirməyə başlayır. Yanınızda su varsa, bir az şanslı ola bilərsiniz, amma yenə də istənilən vaxt hipertermiya başlaya bilər. Hipertermiya (yaxud insanların dediyi kimi istilik vurması) ən təhlükəli vəziyyətlərdən biridir. Çünki içəridəki temperaturun artması nəticəsində avtomobildə kilidlənən insanların çoxu dünyasını dəyişib. Bunun səbəbi bədən istiliyinin içəridəki temperaturun artması ilə düz mütənasib olaraq yüksəlməsi və bədəninizə daxil olan su miqdarından daha çox tərləməyə başlamanızdır. Qızdırmanızın artması susuzluqdan çox əvvəl bədəninizə zərər verməyə başlayır. Qısa müddətdə bədəninizdəki hüceyrələr və fermentlər zədələnir və bir müddət sonra huşunuzu itirməyə başlayırsınız. Bu nöqtədən sonra bədəninizin qalıcı zərər görməyə başlayır. Bu sadə bir şey kimi görünsə də, avtomobildə kilidlənmək olduqca qorxuludur və ölümcül nəticələrə səbəb ola bilər. Bu səbəbdən avtomobil şirkətləri avtomobildə kilidlənməyə qarşı texnologiyalar inkişaf etdirməyə davam edir. Məsələn, avtomobil kilidlənərkən içəridə ev heyvanı və ya insan olarsa, Tesla avtomatik olaraq kondisioneri işə salır.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »