Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Milli Məclis önündə qanun layihəsinə etiraz aksiyası - Video
Milli Məclis önündə qanun layihəsinə etiraz aksiyası - Video

Dekabrın 24-də bir qrup jurnalist və fəallar Milli Məclisin önündə aksiya edib.

Bizimyol.info saytı xəbər verir ki, iştirakçılar "Media haqqında" yeni qanun layihəsinə etiraz edib və sözügedən layihənin Milli Məclisdən geri qaytarılmasını, müstəqil ekspertlərlə birlikdə yenidən hazırlanmasını tələb edir.

Aksiya zamanı iştirakçılar tərəfindən "Azad media susdurula bilməz", "Sərhədli reportyor olmaq istəmirik", "Jurnalistika cinayət deyil" kimi şüarlar səsləndiriblər.

Milli Məclis önündə qanun layihəsinə etiraz aksiyası

İştirakçılar polis əməkdaşları tərəfindən ərazidən uzaqlaşdırılıb. Saxlanılan yoxdur.

Bizimyol.info saytı Milli Məclisin önündə keçirilən etiraz aksiyasına aid video görüntüləri təqdim edir:

Qeyd edək ki, bu ilin yanvarında Azərbaycan Prezidenti İlham Əliyevin qərarıyla yeni "Media" haqqında qanunun hazırlanması yeni təsis olunmuş Medianın İnkişaf Agentliyinə (MEDİA) həvalə olunub və onlara iki ay vaxt verilib. Bu ilin noyabrında "Media" haqqında qanun layihəsi Milli Məclisin iki komitəsinə təqdim olunduqdan sonra parlamentin ümumi müzakirəsinə göndərilib.

"Media" haqqında yeni qanun layihəsi 9 fəsil 78 maddədən ibarətdir və Milli Məclisin saytında ictimai müzakirəyə təqdim olunub.

Samirə Əli, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »