Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Fədayə Laçının həbsdən əvvəl ifa etdiyi “Kəsmə şikəstə” - Foto

Müğənni Fədayə Laçının həbs olunmamışdan əvvəl çəkilən son videosu yayılıb.

Bizimyol.info xəbər verir ki, video  “Hər şey daxil” verilişində yayımlanıb.

İfaçı bacısı İlahə Fədanın ad günündə “Kəsmə şikəstə” ifa edərkən görüntülənib.

“Okyabrın 10-u idi. Yaxınlarımızla ad günümü qeyd edirdik. Mənim istəyimlə “Kəsmə şikəstə”ni ifa etdi”,- deyə ifaçı qeyd edib.

Xatırladaq ki, 2017-ci il oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə Fədayə Məmmədova (Fədayə Laçın) təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Son xəbərlər
Bütün xəbərlər »