Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Fransa Jak Şirakla vidalaşır - Fotolar

Fransanın mərhum prezidenti Jak Şirakla Parisdəki Əlillər sarayında (Les İnvalides) vida mərasimi başlayıb.

Fransızların vida mərasiminə axını nəzərə alınaraq, Əlillər Sarayı sentyabrın 30-u səhər saat 6-dək ictimaiyyətə açıq olacaq. Vida mərasiminə gələnlərə mərhum prezidentin ailəsi onun haqqında hazırladıqları kiçik kitabçaları hədiyyə edirlər.

Vida mərasiminə 30-dək ölkənin dövlət və hökumət başçısı qatılacaq. Sentyabrın 30-da səhər saat 9:30-da Əlillər Sarayı qarşısında hərbi vida mərasimindən sonra mərhum prezidentin tabutu Sən-Sülpis kilsəsinə aparılacaq. Orada sabiq prezidentin ailə üzvləri və yaxınları mərhumla vidalaşacaq. (Qafqazinfo.az)

Son xəbərlər
Bütün xəbərlər »