Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İordaniya İranın altı PUA və yeddi raketini zərərsizləşdirdiyini bildirib
İordaniya İranın altı PUA və yeddi raketini zərərsizləşdirdiyini bildirib

İordaniya Kral Hərbi Hava Qüvvələri gün ərzində ölkənin hava məkanına daxil olan altı pilotsuz uçuş aparatını (PUA) zərərsizləşdirib.

Bizimyol.info xəbər verir ki, bu barədə İordaniya Silahlı Qüvvələrinin Baş Komandanlığının nümayəndəsi “X” sosial şəbəkəsində yayımladığı açıqlamada bildirib.

Açıqlamada qeyd olunub ki, pilotsuz uçuş aparatlarının məhv edilməsi əməliyyatı zamanı heç bir zərər dəyməyib və xəsarət alan olmayıb.

Bildirilib ki, günün birinci yarısında İordaniya səmasında daha yeddi İran ballistik raketi də vurulub.

Daha əvvəl İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İordaniyadakı Əl-Əzraq hərbi bazasına zərbə endirdiyini açıqlamışdı. Həmin bazada ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr və amerikalı hərbçilər yerləşir.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »