Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə telefon danışığı aparıb.
APA xəbər verir ki, bu barədə Türkiyə Prezident Adminstrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.
Telefon danışığı zamanı Türkiyə-Özbəkistan münasibətləri, eləcə də regional və qlobal məsələlər müzakirə olunub.
Ərdoğan oktyabrın 29-30-da Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının Zirvə görüşündə əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb, Mirziyoyevi noyabrın 11-12-də Antalyada keçiriləcək COP31 İqlim Sammitinə dəvət edib.






