Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hindistanda imtahan qalmaqalı ilə bağlı etirazlar davam edir: Nazirə istefa tələbi
Hindistanda imtahan qalmaqalı ilə bağlı etirazlar davam edir: Nazirə istefa tələbi

Hindistanın paytaxtı Yeni Dehlidə imtahan materiallarının sızması ilə bağlı qalmaqala görə Təhsil naziri Dharmendra Pradhanın istefası tələbi ilə etiraz aksiyası keçirilib.

Bizimyol.info xəbər verir ki, etirazçılar iyulun 24-də Cantar-Mantar meydanında toplaşaraq hökumətdən təhsil sistemində islahatlar aparılmasını tələb ediblər. Aksiya keçirilən ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib, bir neçə yol bağlanıb.

Narazılığın səbəbi may ayında milli tibbi imtahan suallarının sızması ilə bağlı qalmaqaldır. İmtahanın təxirə salınmasına səbəb olan hadisədən sonra 2,2 milyondan çox namizədin hüquqlarının pozulduğu bildirilib. Etirazçılar məsuliyyəti təhsil naziri Dharmendra Pradhanın üzərinə qoyurlar.

Bundan əvvəl, iyulun 20-də Yeni Dehlidə keçirilən yürüş zamanı polis və nümayişçilər arasında qarşıdurma baş verib. Toqquşmalarda 100-dən çox polis əməkdaşı və onlarla etirazçı xəsarət alıb, təxminən 70 nəfər saxlanılıb.

Hindistanın Baş naziri Narendra Modi isə hökumətin imtahan materiallarının sızmasına qarşı sərt tədbirlər nəzərdə tutan qanun layihəsi hazırladığını açıqlayıb. Sənəddə belə hallarla bağlı cəzaların ağırlaşdırılması və işlərə daha sürətli baxılması təklif olunur.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »