İranın İslam İnqilabı Keşikçiləri Korpusu Böyük Britaniyaya qarşı birbaşa təhdid səsləndirib. Tehran xəbərdarlıq edib ki, ABŞ-ın İran ərazisinə zərbələr endirmək üçün istifadə edəcəyi istənilən Britaniya hərbi bazası “qanuni hərbi hədəf” olacaq.
Bizimyol.info xəbər verir ki, bu bəyanata səbəb Böyük Britaniyanın Baş naziri Endi Börnhemin ABŞ-a krallığın hərbi obyektlərindən İrana qarşı “müdafiə zərbələri” həyata keçirmək məqsədilə istifadə icazəsi verməsi olub.
“C14 News” telekanalının məlumatına görə, sözügedən obyektlər sırasında Hind okeanında yerləşən Dieqo-Qarsiya bazası və İngiltərənin cənub-qərbindəki Kral Hərbi Hava Qüvvələrinin Feyrford bazası da var.
Bu bazalardan istifadə ABŞ qüvvələrinə logistik və strateji dəstək göstərilməsi, o cümlədən raket təhdidlərinin qarşısının alınması və Hörmüz boğazı ətrafında dəniz yollarının təhlükəsizliyinin təmin edilməsi məqsədi daşıyır. İran tərəfi isə Londonu “ona qarşı ittihamların siyahısını artırmaqda” ehtiyatlı olmağa çağırıb.
Rəsmi London İranın açıqlamalarına sərt reaksiya verib. Britaniya hökumətinin nümayəndəsi bildirib ki, ölkənin silahlı qüvvələri həm öz ərazisində, həm də xaricdə istənilən növ hücumdan dövlətin təhlükəsizliyini qorumağa hazırdır.
Qeyd olunub ki, Böyük Britaniya istənilən vaxt hava hücumundan və raket əleyhinə müdafiə sistemlərindən istifadə etməklə, eləcə də Şimali Atlantika Alyansındakı tərəfdaşları ilə əməkdaşlıq edərək müdafiəyə hazır vəziyyətdədir.
Bizimyol.info






