Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İranda ABŞ-ın hava zərbələri nəticəsində yaralananların sayı 517-yə çatıb
İranda ABŞ-ın hava zərbələri nəticəsində yaralananların sayı 517-yə çatıb

İranın Səhiyyə Nazirliyi ABŞ-ın ölkənin müxtəlif bölgələrinə endirdiyi hava zərbələrinin nəticələri ilə bağlı son məlumatları açıqlayıb.

Bizimyol.info xəbər verir ki, "Tasnim" xəbər agentliyinin məlumatına görə, Səhiyyə Nazirliyinin İctimaiyyətlə Əlaqələr və İnformasiya Mərkəzinin rəhbəri Hüseyn Kərmanpur bildirib ki, iyulun 19-u saat 07:00-a olan vəziyyətə əsasən, ABŞ-ın hava hücumları nəticəsində 517 nəfər yaralanıb, 50-dən çox mülki şəxs isə həlak olub.

Kərmanpurun sözlərinə görə, yaralananlar arasında 35 qadın, həmçinin 18 yaşadək 19 uşaq və yeniyetmə var. Həlak olanlar arasında isə 5 qadın və 18 yaşadək 2 uşaq yer alır.

O bildirib ki, yaralananlardan 468 nəfərə tibbi yardım göstərildikdən sonra xəstəxanadan evə buraxılıb.

Hazırda 33 nəfərin xəstəxanalarda müalicəsi davam edir. Kərmanpur onların vəziyyətinə görə ictimaiyyətdən dua etməyi xahiş edib.

Xatırladaq ki, məlumat İranın rəsmi qurumları tərəfindən açıqlanıb və müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »