Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İspaniya dünya çempionu oldu: Ferran Torres Argentinanın müqavimətini qırdı
İspaniya dünya çempionu oldu: Ferran Torres Argentinanın müqavimətini qırdı

İspaniya millisi 2026-cı il dünya çempionatının finalında Argentinanı əlavə vaxtda 1:0 hesabı ilə məğlub edərək tarixində ikinci dəfə dünya çempionu olub.

Bizimyol.info xəbər verir ki, finalın taleyini 106-cı dəqiqədə vurulan yeganə qol həll edib. Pedro Porronun ötürməsindən sonra Niko Uilyams topu başla Ferran Torresə ötürüb və hücumçu dəqiq zərbə ilə komandasına qələbə qazandırıb.

İspaniya oyun ərzində üstün tərəf olub və rəqibə demək olar ki, heç bir təhlükəli imkan yaratmağa imkan verməyib. Argentina isə əsas vaxtın sonlarında Enso Fernandesin ikinci sarı vərəqə alaraq meydandan qovulmasından sonra oyunu 10 nəfərlə başa vurub. Cənubi Amerika təmsilçisi ilk qapı zərbəsini yalnız 115-ci dəqiqədə endirib.

Beləliklə, İspaniya 2010-cu ildən sonra ikinci dəfə dünya çempionu adını qazanıb. Argentina isə 2022-ci ildə əldə etdiyi titulu qoruya bilməyib. Bu görüş, həmçinin Lionel Messinin karyerasındakı son dünya çempionatı matçı kimi yadda qalıb.

Final fitindən sonra argentinalı yarımmüdafiəçi Leandro Paredes rəqib futbolçu Erik Qarsiyanın boğazından tutduğu üçün qırmızı vərəqə alıb. Mükafatlandırma mərasimində isə Argentina futbolçularının İspaniya komandasına arxa çevirməsi diqqət çəkib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »