Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Küveyt İran PUA-larını zərərsizləşdirdiyini açıqlayıb
Küveyt İran PUA-larını zərərsizləşdirdiyini açıqlayıb

Küveytin hava hücumundan müdafiə qüvvələri İranın pilotsuz uçuş aparatlarını (PUA) ələ keçirmək üçün əməliyyat keçirir.

Bizimyol.info xəbər verir ki, bu barədə Küveyt ordusunun Baş Qərargahının "X" sosial şəbəkəsində yaydığı açıqlamada bildirilib.

Açıqlamada qeyd olunur ki, ölkənin hava hücumundan müdafiə sistemləri İran istiqamətindən gələn PUA-ların qarşısını almaq məqsədilə fəaliyyət göstərir.

Hadisənin hansı ərazidə baş verdiyi, neçə pilotsuz uçuş aparatının aşkar edildiyi və onların zərərsizləşdirilib-zərərsizləşdirilmədiyi barədə əlavə məlumat verilməyib.

Küveyt daha əvvəl də regionda artan gərginlik fonunda hava məkanının təhlükəsizliyinin gücləndirildiyini açıqlamışdı. Hörmüz boğazı və Fars körfəzi ətrafında son zamanlar baş verən qarşıdurmalar Yaxın Şərqdə hərbi eskalasiya ilə bağlı narahatlıqları artırıb.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »