Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rubio Lavrovla Filippində görüşməyə hazır olduğunu açıqlayıb
Rubio Lavrovla Filippində görüşməyə hazır olduğunu açıqlayıb

ABŞ dövlət katibi Marko Rubio Rusiya xarici işlər naziri Sergey Lavrovla Filippində Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) tədbirləri çərçivəsində görüşməyə hazır olduğunu bildirib.

Bizimyol.info xəbər verir ki, bu barədə Rubio jurnalistlərin onun Lavrov və ya Çinin xarici işlər naziri Van Yu ilə Filippində keçiriləcək tədbirlər çərçivəsində görüşə hazır olub-olmaması ilə bağlı sualını cavablandırarkən deyib.

“Bunun tam razılaşdırılıb-razılaşdırılmadığına əmin deyiləm. Amma biz onlarla görüşməyə hazırıq. Əlbəttə”, - deyə bildirib.

Daha əvvəl ABŞ Dövlət Departamenti bildirib ki, Amerika diplomatiyasının rəhbəri iyulun 19-dan 23-dək Manila şəhərində olacaq. Səfər çərçivəsində onun Asiya-Sakit okean regionundakı bir sıra ölkələrin rəsmiləri ilə ikitərəfli görüşləri də nəzərdə tutulur.

Sergey Lavrov da Manilada keçiriləcək ASEAN xarici işlər nazirləri səviyyəsində bəzi tədbirlərdə iştirak edəcək. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova daha əvvəl təsdiqləyib ki, Lavrov bu tədbirlərdə iyulun 21-dən 23-dək iştirak edəcək.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »