ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Fars körfəzi regionunun bir sıra ölkələri Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsinə görə ABŞ-a investisiya yatırmağı öhdələrinə götürüblər.
Bizimyol.info xəbər verir ki, Rubionun sözlərinə görə, Vaşinqton beynəlxalq gəmiçiliyin qorunması üçün zəruri tədbirləri görməyə davam edəcək. Bununla yanaşı, o vurğulayıb ki, digər dövlətlər də bu yükün bölüşdürülməsi üçün maliyyə və ya digər resurslarla dəstək verməlidirlər.
"ABŞ bütün dünya üçün gəmiçiliyin təhlükəsizliyini əbədi olaraq təkbaşına təmin etməməlidir. Bu istiqamətdə artıq bəzi investisiya öhdəlikləri götürülüb, gələcəkdə isə başqa ölkələr də belə addımlar atacaq", – deyə Rubio bildirib.
O əlavə edib ki, region ölkələrinin bu cür sərmayələr qoyması üçün neft və qaz ixracından gəlir əldə etməsi vacibdir.
Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Hörmüz boğazına nəzarət etmək və təhlükəsiz gəmiçiliyin təmin edilməsinə görə daşınan yüklərin dəyərinin 20 faizi həcmində kompensasiya almaq istədiyini açıqlamışdı. Daha sonra isə o, "Truth Social" platformasında bu ideyadan imtina etdiyini və bunun əvəzində Körfəz ölkələri ilə ticarət və investisiya sazişlərinə üstünlük verdiyini bildirmişdi.
Bizimyol.info






