Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ: İranla razılaşma olmasa belə, Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini təmin edəcəyik
ABŞ: İranla razılaşma olmasa belə, Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini təmin edəcəyik

ABŞ İranla sülh razılaşması yolu ilə Hörmüz boğazında sərbəst gəmiçiliyin təmin olunmasına üstünlük verir. Lakin razılıq əldə edilməsə belə, Vaşinqton bu strateji su yolunda gəmilərin hərəkətini təmin etməyə davam edəcək.

Bizimyol.info xəbər verir ki, bunu ABŞ-ın energetika naziri Kris Rayt "ABC News" telekanalına müsahibəsində deyib.

"ABŞ Prezidenti Donald Tramp bu məsələnin sülh razılaşması ilə həllini istəyir. Ancaq bunun üçün iki tərəfin razılığı lazımdır. Əgər İran buna hazır olsa, məsələ məhz bu yolla həll ediləcək. Əks halda isə biz İranın əməkdaşlığı olmadan da Hörmüz boğazından gəmiçiliyin davam etməsini təmin edəcəyik", - deyə nazir bildirib.

Onun sözlərinə görə, hazırda Yaxın Şərqdən gündə təxminən 14 milyon barel neft dünya bazarına çıxarılır. Bunun 7 milyon bareli Hörmüz boğazından tanker vasitəsilə daşınır, digər 7 milyon barel isə neft kəmərləri ilə nəql olunur.

"Hazırda Fars körfəzindən gündəlik neft ixracı 14 milyon bareldən bir qədər azdır. Bu, münaqişədən əvvəlki həcmin təxminən üçdə ikisini təşkil edir və mart ayı ilə müqayisədə xeyli yüksək göstəricidir", – deyə Rayt vurğulayıb.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıblar. İyun ayında Vaşinqton və Tehran bütün cəbhələrdə, o cümlədən Livanda döyüşlərin dərhal dayandırılmasını nəzərdə tutan qarşılıqlı anlaşma memorandumu imzalayıblar.

Lakin iyulun 8-nə keçən gecə ABŞ İranın Hörmüz boğazı ilə bağlı əldə olunmuş razılaşmaların şərtlərini pozduğunu iddia edərək ölkəyə qarşı genişmiqyaslı hava zərbələrini yenidən başladıb.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »