Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ İrana növbəti zərbələr dalğasını başa çatdırıb
ABŞ İrana növbəti zərbələr dalğasını başa çatdırıb

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı İrana qarşı növbəti hava zərbələri dalğasının başa çatdığını açıqlayıb.

Bizimyol.info xəbər verir ki, Mərkəzi Komandanlığın "X" sosial şəbəkəsində yaydığı məlumata görə, bu, ardıcıl doqquzuncu gecə həyata keçirilən zərbələr olub.

Bildirilib ki, əməliyyat zamanı İranın komanda mərkəzləri, sahil müşahidə obyektləri, hava hücumundan müdafiə sistemləri, Hərbi Dəniz Qüvvələrinə məxsus vasitələr, eləcə də raket və pilotsuz uçuş aparatlarının yerləşdiyi məntəqələr hədəfə alınıb.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »