Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropadakı seçkilərdən sonra Ukraynaya dəstək zəifləyə bilər
Avropadakı seçkilərdən sonra Ukraynaya dəstək zəifləyə bilər

Ukrayna yaxın vaxtlarda Avropadakı siyasi dəyişikliklər fonunda Qərb müttəfiqlərinin dəstəyini qismən itirə bilər.

Bizimyol.info xəbər verir ki, bu barədə Almaniyanın "Die Welt" qəzeti yazıb.

Nəşrin iddiasına görə, Ukrayna pilotsuz uçuş aparatlarından geniş istifadə etsə də, Rusiyanın ballistik raketləri qarşısında hələ də həssas olaraq qalır. Eyni zamanda, "istəklilər koalisiyası" daxilində fikir ayrılıqları da getdikcə dərinləşir.

Məqalədə bildirilir ki, Bolqarıstanın baş naziri Rumen Radev koalisiyada iştirakdan imtina edib, Polşa isə raketdən müdafiə təşəbbüsünə qoşulmayıb. Bundan başqa, Fransa Prezidenti Emmanuel Makronun səlahiyyət müddətinin başa çatması, Böyük Britaniyada Baş nazir Kir Starmerin gələcək siyasi taleyi və bir sıra Avropa ölkələrində keçiriləcək seçkilərin də Ukraynaya dəstəyə təsir göstərə biləcəyi qeyd olunur.

Xatırladaq ki, iyulun 13-də Parisdə keçirilən "istəklilər koalisiyası"nın sammitində iştirakçılar ballistik raket hücumlarına qarşı birgə müdafiə sistemi yaradılması barədə razılığa gəliblər.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »