Böyük Britaniyanın Surrey qraflığında yerləşən və rusiyalı iş adamı Əlişir Usmanovla əlaqələndirilən tarixi "Sutton Place" malikanəsi sanksiyalardan sonra film və serial çəkilişləri üçün istifadə olunur.
Bizimyol.info xəbər verir ki, bu barədə "The Sunday Times" yazıb.
Nəşrin məlumatına görə, son aylarda burada "Centlmenlər" serialının ikinci mövsümü, "Dvoretski" və "Salam, Paris" filmlərinin çəkilişləri aparılıb.
Malikanənin keçmiş idarəçisi Conatan Qreyq bildirib ki, maliyyələşmə dayandırıldıqdan sonra tarixi binanı qorumaq üçün onu çəkiliş qruplarına icarəyə verməyə başlayıb. Əldə olunan gəlir binanın saxlanılması və qalan əməkdaşların maaşlarının ödənilməsinə sərf olunur.
Qreyqin sözlərinə görə, sanksiyalardan əvvəl malikanənin illik saxlanma xərci təxminən 1,5 milyon funt sterlinq idi. Aktivlər dondurulduqdan sonra isə sığorta və bank maliyyələşməsi dayandırılıb. O, həmçinin Usmanovla cəmi bir dəfə görüşdüyünü və iş adamının malikanədən istifadə etdiyini heç vaxt görmədiyini deyib.
Bizimyol.info






