Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Moskva yüzlərlə PUA-nın hücumuna məruz qalıb, anbar və neft bazası yanıb
Moskva yüzlərlə PUA-nın hücumuna məruz qalıb, anbar və neft bazası yanıb

Moskva və Moskva vilayəti gecə saatlarında yüzlərlə pilotsuz uçuş aparatının (PUA) hücumuna məruz qalıb. Hücumdan sonra "Wildberries" şirkətinin iri logistika mərkəzlərindən birində, neft bazasında və sənaye parkında yanğınlar baş verib.

Bizimyol.info xəbər verir ki, Moskva meri Sergey Sobyaninin sözlərinə görə, paytaxt istiqamətində 400-dən çox PUA uçub. O iddia edib ki, onların əksəriyyəti uzaq məsafədə zərərsizləşdirilib, daha 85 dron isə Moskvaya yaxınlaşarkən vurulub.

Sosial şəbəkələrdə yayılan görüntülərə əsasən, Podolsk şəhərində yerləşən Lvovski mikrorayonundakı neft bazasında yanğın baş verib. Eyni zamanda, Podolskdakı "Wildberries"in Kolyedino logistika mərkəzinə də PUA hücumu edildiyi, əməkdaşların təxliyə olunduğu bildirilir. Bəzi məlumatlara görə, şirkətin iki anbarı hədəfə alınıb.

"OSINT" analitiklərinin məlumatına görə, Domodedovoda yerləşən "Yujnıye Vorota" sənaye-logistika kompleksində də yanğın qeydə alınıb.

Qeyd edək ki, bu məlumatlar əsasən Rusiya və Ukrayna mənbələrinin açıqlamalarına əsaslanır və müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »