Yaponiyada əhalinin əksəriyyəti qadınların imperator taxtına varis ola bilməməsini dəstəkləmir. Bu, "Asahi" qəzetinin keçirdiyi rəy sorğusunun nəticələrində əks olunub.
Bizimyol.info xəbər verir ki, sorğu iştirakçılarının 60 faizi imperatorun oğlu olmadığı halda qızının taxta çıxa bilməməsini yanlış hesab edib. Mövcud varislik sistemini dəstəkləyənlərin payı isə 29 faiz olub.
Araşdırmaya əsasən, Baş nazir Sanae Takaiçinin hökumətinə dəstək də azalıb. İyunda bu göstərici 60 faiz olduğu halda, hazırda 53 faizə enib. Respondentlərin 57 faizi isə hökumətin qiymət artımına qarşı mübarizəsini yetərsiz qiymətləndirib.
Hazırkı qanunlara görə, Yaponiyada imperator taxtı yalnız kişi xətti ilə ötürülə bilər. İmperator Naruhito və imperatriça Masakonun isə yalnız bir övladı – şahzadə Aiko var.
Sorğu iyulun 18-19-da telefon vasitəsilə 1000-dən çox respondent arasında keçirilib.
Bizimyol.info






