Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Netanyahu ABŞ-a planlaşdırılan səfərini ləğv edib
Netanyahu ABŞ-a planlaşdırılan səfərini ləğv edib

İsrailin Baş naziri Benyamin Netanyahu gələn həftə ABŞ-a planlaşdırılan səfərini ləğv edib.

Bizimyol.info xəbər verir ki, bu barədə "Ynet" portalı baş nazirin ofisinə istinadən məlumat yayıb.

Netanyahu ABŞ-da iyulun 11-də vəfat etmiş senator Lindsey Graham ilə vida mərasimində iştirak etməyi planlaşdırırdı.

Məlumatında bildirilir ki, səfərin ləğvi Qrehemin dəfn mərasiminin böyük ehtimalla cari ayın sonunadək təxirə salınması ilə əlaqədardır.

Bundan əvvəl "The Times of Israel" qəzeti yazmışdı ki, Netanyahu səfər çərçivəsində ABŞ Prezidenti Donald Trump ilə görüşməyi də planlaşdırırdı. Nəşrin məlumatına əsasən, Qrehemin ölümündən əvvəl İsrail tərəfi Ağ Evlə belə bir görüşün yaxın həftələrdə təşkili imkanını müzakirə edirdi.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »