Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə Rusiya ilə Ukrayna arasında danışıqların təşkili ilə bağlı diplomatik səylərini davam etdirəcək
Türkiyə Rusiya ilə Ukrayna arasında danışıqların təşkili ilə bağlı diplomatik səylərini davam etdirəcək

Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, ölkəsi Ukraynadakı münaqişənin həlli istiqamətində fəal diplomatik fəaliyyətini, o cümlədən Rusiya ilə Ukrayna danışıqlarının yeni raundunun təşkili təşəbbüsünü davam etdirəcək.

Bizimyol.info xəbər verir ki, bu barədə Hakan Fidan Kiyevdə ukraynalı həmkarı Andrey Sibiqa ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

“Təəssüf ki, son hadisələr narahatlıq doğurur. Diplomatik səylərin dalana dirəndiyi bir vaxtda münaqişənin daha da şiddətləndiyini müşahidə edirik. Xüsusilə son dövrlərdə mülki infrastruktur və yaşayış məntəqələrinə hücumların sayının artması bizi ciddi narahat edir.

Hesab edirik ki, danışıqlar masasına mümkün qədər tez qayıtmaq və diplomatik həll yollarına qətiyyətlə yönəlmək lazımdır. Tərəflər arasında danışıqların yenidən keçirilməsi də daxil olmaqla, birbaşa diplomatik səylərimizi gücləndirməyə davam edəcəyik”, - deyə nazir bildirib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »