Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İran ABŞ-ın regiondakı bütün infrastrukturunu məhv etməklə hədələyib
İran ABŞ-ın regiondakı bütün infrastrukturunu məhv etməklə hədələyib

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK – İran Silahlı Qüvvələrinin elit bölmələri) nümayəndəsi bildirib ki, ABŞ Prezidenti Donald Trampın İran infrastrukturuna zərbələr endirilməsi ilə bağlı hədələri həyata keçirilərsə, ölkəsinin silahlı qüvvələri regiondakı Amerika obyektlərinə qarşı hücumlar həyata keçirəcək.

Bizimyol.info xəbər verir ki, bu barədə İran ordusunun mətbuat xidmətinin açıqlamasında bildirilir.

“ABŞ prezidentinin son günlər İran İslam Respublikasının infrastrukturuna bu ölkənin ordusu tərəfindən zərbələr endiriləcəyi ilə bağlı səsləndirdiyi təhdidlər həyata keçirilərsə, İranın təmkin göstərməsi nəticəsində indiyədək toxunulmaz qalan bütün obyektlər – yəni regiondakı bütün infrastruktur İran İslam Respublikasının silahlı qüvvələrinin güclü zərbələri ilə məhv ediləcək. Ondan heç bir iz qalmayacaq, sanki heç vaxt mövcud olmayıb”, - deyə bildirilir.

Açıqlamada qeyd olunur ki, Hörmüz boğazı İran üçün “qırmızı xətt” hesab olunur və Tehran ABŞ-ın bu ərazinin idarə olunmasına müdaxiləsinə imkan verməyəcək.

Daha əvvəl Donald Tramp İranın infrastrukturunu məhv etməklə hədələmiş, lakin eyni zamanda razılaşmaya nail olmaq niyyətində olduğunu bildirmişdi.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »