Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Peskov: Bəzi münaqişəni "danışaraq" həll etmək mümkün deyil
Peskov: Bəzi münaqişəni "danışaraq" həll etmək mümkün deyil

Bir çox münaqişələr öz mürəkkəb mahiyyətinə görə "sazişlə, danışıqla" həll oluna bilməz və onların nizama salınması uzunmüddətli, çətin və hərtərəfli proses tələb edir.

Bizimyol.info xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov keçirdiyi brifinqdə bildirib.

Peskovun sözlərinə görə, ABŞ-da işlədilən "saziş" yanaşması bir çox mürəkkəb münaqişələrin həlli üçün yetərli deyil.

"Bir çox münaqişələr öz strukturuna görə çox mürəkkəbdir. Əslində, ABŞ-da deyildiyi kimi, onları bir "saziş, dialoq" çərçivəsində həll etmək mümkün deyil. Bu, uzunmüddətli, mürəkkəb və hərtərəfli nizamlama prosesidir. Münaqişələrin həllinə yalnız belə bir yanaşma kömək edə bilər", – deyə Kremlin sözçüsü vurğulayıb.

Peskov bu fikirləri jurnalistin İrandakı hadisələrin inkişafının Kremlin Ukrayna ilə bağlı danışıqların mənasız olduğu qənaətinə gəlməsi üçün siqnal hesab edilib-edilmədiyi barədə sualını cavablandırarkən səsləndirib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »