Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ-da Donald Trampın təsviri olan yubiley 1 dollarlıq sikkə təqdim edilib - Foto
ABŞ-da Donald Trampın təsviri olan yubiley 1 dollarlıq sikkə təqdim edilib - Foto

ABŞ Sikkəxanası prezident Donald Trampın təsviri həkk olunmuş yeni xatirə 1 dollarlıq sikkələrin istehsalına başlayıb. Sikkələrin buraxılışı ABŞ-ın 2026-cı il iyulun 4-də qeyd etdiyi müstəqilliyinin 250 illiyinə həsr olunub.

Bizimyol.info xəbər verir ki, bu barədə ABŞ-ın maliyyə naziri Skott Bessent "X" sosial şəbəkəsində məlumat verib.

Nazirin sözlərinə görə, yeni sikkə ABŞ tarixinin və dövlətin yubileyinin rəmzinə çevrilməlidir.

Yayımlanan fotolarda sikkənin ön tərəfində Donald Trampın profil təsviri, həmçinin "LIBERTY" (Azadlıq), "IN GOD WE TRUST" (Biz Tanrıya güvənirik) yazıları və ABŞ-ın müstəqilliyinin 250 illiyini göstərən "1776–2026" tarixləri əks olunub.

Sikkənin arxa tərəfində isə ağbaş qartal, ABŞ-ın Böyük Dövlət Möhürü və "ONE DOLLAR" (Bir dollar) yazısı yerləşdirilib.

Yeni sikkə "qızıl dollar" adlandırılsa da, o, qızıldan hazırlanmayıb. Bu, qızılı rəngə malik 1 dollarlıq sikkədir və ABŞ-ın yaranmasının 250 illiyi münasibətilə buraxılan xüsusi yubiley seriyasına daxildir.

Bizimyol.info

В США представили юбилейный доллар с изображением Дональда Трампа

Son xəbərlər
Bütün xəbərlər »