Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyanın Kiyevə hücumu nəticəsində 2 nəfər həlak olub, yaralananlar arasında uşaq da var
Rusiyanın Kiyevə hücumu nəticəsində 2 nəfər həlak olub, yaralananlar arasında uşaq da var

İyulun 16-na keçən gecə Rusiya ordusu Kiyevə hava hücumu həyata keçirib. Hücum nəticəsində 2 nəfər həyatını itirib, daha 5 nəfər isə yaralanıb.

Bizimyol.info xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.

Məlumata görə, paytaxtın ən çox zərər görən ərazisi Darnitski rayonu olub. Burada inzibati-anbar binasında, anbar sahəsində və yaxınlıqda park edilmiş yük avtomobillərində yanğın baş verib. Yanğınlar xilasedicilər tərəfindən söndürülüb.

Qeyd olunub ki, həlak olan hər iki şəxs Darnitski rayonunda aşkarlanıb. Bundan əlavə, həmin ərazidə iki nəfər, o cümlədən bir uşaq xəsarət alıb.

Svyatoşın rayonunda isə zərbə nəticəsində birmərtəbəli anbar binasında yanğın baş verib. Hadisə zamanı 3 nəfər xəsarət alıb. Hazırda yanğının lokallaşdırıldığı bildirilir.

Xilasedicilər hücumun baş verdiyi ərazilərdə işlərini davam etdirir, dağıntıların və hücumun nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlər görülür. Həlak olan və yaralananların sayı ilə bağlı məlumatların dəqiqləşdirildiyi qeyd olunur.

Xatırladaq ki, iyulun 14-nə keçən gecə Rusiya Ukraynaya səkkiz ədəd "İskəndər-M"/S-400 ballistik raketi ilə hücum etmişdi. Onlardan beşi Ukrayna hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulmuşdu. Bu, iyul ayında ballistik raketlərin ilk dəfə uğurla zərərsizləşdirildiyi hücum olmuşdu.

Bundan əvvəl, iyulun 11-də Kiyevə edilən hücum zamanı Ukrayna hava hücumundan müdafiə sistemi atılan altı "İskəndər-M"/S-400 ballistik raketinin heç birini zərərsizləşdirə bilməmişdi.

BMT-nin məlumatına görə, Rusiyanın hücumları nəticəsində 2022-ci ilin aprelindən bəri iyun ayı Ukraynada mülki əhali üçün ən qanlı ay olub.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »