Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Baye qobeleni 900 ilə yaxın müddətdən sonra ilk dəfə İngiltərəyə gətirilib
Baye qobeleni 900 ilə yaxın müddətdən sonra ilk dəfə İngiltərəyə gətirilib

Fransa məşhur Baye qobelenini müvəqqəti istifadə üçün Britaniya Muzeyinə təhvil verib. Beləliklə, bu unikal orta əsr abidəsi təxminən 900 ildən sonra ilk dəfə İngiltərə torpağına qaytarılıb.

Bizimyol.info xəbər verir ki, tarixi eksponatın daşınması ən yüksək təhlükəsizlik tədbirləri çərçivəsində və müasir mühafizə texnologiyalarından istifadə edilməklə həyata keçirilib.

Baye qobeleni Avropa tarixinin ən qiymətli abidələrindən biri hesab olunur. Onun üzərində 1066-cı ildə baş vermiş Norman işğalının, o cümlədən Fateh Uilyamın İngiltərəyə yürüşünün səhnələri təsvir edilib. Məhz buna görə də bu tarixi relikviyanın Birləşmiş Krallığa gətirilməsi simvolik hadisə kimi qiymətləndirilir.

Məlumata görə, eksponatın təhlükəsizliyini təmin etmək məqsədilə onun daşınmasının dəqiq vaxtı ictimaiyyətə açıqlanmayıb. Tarixi və mədəni dəyərinin son dərəcə yüksək olması nəzərə alınaraq, Böyük Britaniya qobelenin ölkədə olduğu müddətdə zədələnəcəyi təqdirdə təxminən 917 milyon avro məbləğində kompensasiya ödəməyi öhdəsinə götürüb.

Baye qobeleninin Britaniya Muzeyində nümayişi ziyarətçilərə Fransadan kənarda orta əsr incəsənətinin ən məşhur nümunələrindən birini görmək üçün nadir fürsət yaradacaq.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »