Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tramp: "ABŞ İranın Xarq adasını nəzarətə götürə bilər"
Tramp: "ABŞ İranın Xarq adasını nəzarətə götürə bilər"

ABŞ ölkənin ən böyük neft ixracı terminallarından birinin yerləşdiyi İranın Xarq adasını nəzarətə götürə bilər.

"Report" xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp NATO sammiti çərçivəsində jurnalistlərə bildirib.

"Keçən gecə biz Xarq adasına zərbə endirdik. Mən dedim ki, neftə toxunmayın, çünki biz Xarqı nəzarətə götürə bilərik və onlar bununla bağlı heç nə edə bilməyəcəklər. Tapşırdım ki, boru kəmərlərini vurmayın, qalan hər şeyi vurun. Və onlar zərbə endirdilər. Ola bilsin ki, bu gün axşam yenə zərbələr endirsinlər", - Tramp deyib.

ABŞ liderinin sözlərinə görə, gecə əməliyyatı zamanı amerikalı hərbçilər 28 kiçik İran katerinə də zərbələr endiriblər.

Son xəbərlər
Bütün xəbərlər »