NATO-nun baş katibi Mark Rütte hesab edir ki, İranla yeni müharibə başlayacağı təqdirdə ABŞ-ın Ukraynaya silah tədarükü zərər görməyəcək.
Bizimyol.info xəbər verir ki, Rütte bu barədə NATO sammiti çərçivəsində keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən bildirib.
ABŞ-ın Ukraynaya silah yardımının NATO ölkələri tərəfindən maliyyələşdirildiyini xatırladan jurnalist yeni İran müharibəsinin bu tədarüklərə təsir edib-etməyəcəyini soruşub.
“Xeyr. Çünki ABŞ o qədər güclüdür ki, hər iki işi eyni vaxtda görə bilər”, – deyə NATO-nun baş katibi bildirib.
Rütte həmçinin ABŞ-ın İrana qarşı yeni zərbələrini müdafiə edib. O iddia edib ki, bu hücumlar İranın nüvə imkanlarını məhv etməyə yönəlib və NATO-nun mövqeyinə görə, bu, İsrail, region və dünya üçün müsbət haldır.
NATO rəhbərinin sözlərinə görə, İranın nə nüvə imkanlarına, nə də ballistik raketlərə sahib olmamalı olduğunu düşünür.
Rüttenin açıqlaması ABŞ-ın eyni vaxtda həm Ukraynadakı müharibə çərçivəsində Kiyevə dəstəyini davam etdirə biləcəyi, həm də Yaxın Şərqdə mümkün yeni gərginliyə reaksiya verə biləcəyi barədə fikirlər fonunda səslənib.
Bizimyol.info






