Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tramp NATO sammiti zamanı Merzin həyat yoldaşı ilə şam yeməyində söhbət edib
Tramp NATO sammiti zamanı Merzin həyat yoldaşı ilə şam yeməyində söhbət edib

ABŞ Prezidenti Donald Tramp NATO sammiti çərçivəsində Ankarada təşkil olunan şam yeməyi zamanı Almaniya kansleri Fridrix Merzin həyat yoldaşı Şarlotte Merzlə “şəxsi və siyasi mövzuları” müzakirə edib.

Bizimyol.info xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Verilən məlumata görə, Tramp şam yeməyində Şarlotte Merzin yanında əyləşib. Almaniya kansleri isə həyat yoldaşının digər tərəfində oturaraq söhbətə qoşulub. Bildirilir ki, Fridrix Merz bu fürsətdən “İran və Almaniyanın hərbi xərcləri ilə bağlı son fikir ayrılıqlarından sonra ABŞ prezidenti ilə münasibətləri yaxşılaşdırmaq üçün” istifadə edib.

Şam yeməyində iştirak edən agentliyin mənbəsi bildirib ki, “ümumilikdə atmosfer dostyana olub”. O, həmçinin Trampın İtaliyanın Baş naziri Corca Meloni ilə “yaxşı söhbət apardığını” deyib.

Çexiyanın Baş naziri Andrey Babiş jurnalistlərə bildirib ki, çərşənbə axşamı keçirilən liderlərin şam yeməyi zamanı Ukrayna Prezidenti Vladimir Zelenski və həyat yoldaşı Yelena Zelenskayanın yanında əyləşib. Onun sözlərinə görə, onlara menyu bolqar dilində təqdim olunub, ukrayna dilində menyu isə olmayıb. “Sonradan masa arxasında öyrəndiyimiz kimi, Zelenskilərin bolqar dilində menyu alması maraqlı idi”, – deyə Babiş bildirib.

NATO sammiti iyulun 7-8-də Ankarada keçirilir.

Son xəbərlər
Bütün xəbərlər »