Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Madyar: Macarıstan prezidenti istefa verməlidir
Madyar: Macarıstan prezidenti istefa verməlidir

Macarıstan hökumətinin başçısı Peter Madyar bildirib ki, hökumət ölkə parlamentinə əsas qanuna 17-ci düzəliş layihəsini təqdim edib. Layihəyə əsasən, Prezident Tamaş Şuyok vəzifəsini tərk etməlidir.

Bizimyol.info xəbər verir ki, bu barədə Madyar Macarıstan televiziya kanalları ilə yayımlanan videomüraciətində deyib.

"Bu düzəliş qəbul edilərsə, hazırkı respublika prezidentinin səlahiyyət müddəti başa çatacaq", – deyə o bildirib.

Baş nazirin sözlərinə görə, Şuyok prezident vəzifəsində qala bilməz. Madyar iddia edib ki, dövlət başçısı öz vəzifələrini lazımi şəkildə yerinə yetirməyib və əvvəlki hakimiyyətin yol verdiyi sui-istifadələrə göz yumub.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »