Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
NATO komandanı: Avropa ABŞ-ın hərbi ixtisarlarının boşluqlarını əsasən doldurub
NATO komandanı: Avropa ABŞ-ın hərbi ixtisarlarının boşluqlarını əsasən doldurub
NATO-nun Avropadakı ali hərbi komandanı ABŞ-ın bəzi hərbi dəstək imkanlarını azaltmasından sonra yaranan boşluqların Avropa müttəfiqləri tərəfindən böyük ölçüdə doldurulduğunu bildirib.

Bizimyol.info xəbər verir ki, NATO Avropa Komandanlığının rəhbəri ABŞ generalı Alex Qrynkeviç “Associated Press”ə açıqlamasında Avropa ölkələrinin ABŞ-ın geri çəkildiyi bir sıra hərbi imkanları kompensasiya etdiyini deyib.

Generalın sözlərinə görə, ABŞ iyunun 3-də NATO tərəfdaşlarına bəzi strateji hərbi resursları – təyyarədaşıyan gəmi, müşayiət gəmiləri, havada yanacaq dolduran təyyarələr və onlarla qırıcı təyyarəni Avropaya ayırmayacağını bildirib. Bu qərardan sonra Avropa ölkələri öz ehtiyatlarını yenidən qiymətləndirərək boşluqları doldurmağa başlayıb.

Qrynkeviç deyib ki, bəzi sahələrdə Avropa hələ də ABŞ-ı tam əvəz edə bilməsə də, alternativ imkanlar üzərində iş aparılır.

NATO daxilində “NATO Force Model” adlanan plan alyansın 32 üzv ölkəsinin sülh, böhran və müharibə dövrlərində hansı qüvvələri təqdim edəcəyini müəyyən edir. Bu plan münaqişənin ilk 6 ayı üçün hərbi resursların mərhələli istifadəsini nəzərdə tutur.

Məsələnin 7–8 iyul tarixlərində keçiriləcək NATO sammitində əsas müzakirə mövzularından biri olacağı gözlənilir. Sammitdə ABŞ Prezidenti Donald Trump və digər liderlərin də iştirakı planlaşdırılır.

ABŞ-ın bu addımı əsasən Çinin Hind-Sakit okean regionundakı artan təsiri fonunda resursların yenidən bölüşdürülməsi ilə izah olunur. Bu qərar NATO müttəfiqləri və Kanada tərəfindən də ehtiyatların yenidən planlaşdırılmasına səbəb olub.

NATO Baş katibi Mark Rutte isə ABŞ-ın qərarının alyansın müdafiə qabiliyyətinə ciddi zərbə vurmadığını bildirib. Onun sözlərinə görə, NATO-nun müdafiə planları aktivləşdirildiyi halda ABŞ yenidən Avropaya güc göndərə bilər.

NATO-nun kollektiv müdafiə prinsipi olan 5-ci maddəyə əsasən, bir üzvə hücum bütün alyansa hücum sayılır, lakin bu, hər ölkənin avtomatik hərbi müdaxilə etməsini hüquqi baxımdan məcburi etmir

Qadir, Bizimyol.info.

Son xəbərlər
Bütün xəbərlər »