Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
BKİ "Belbek" aerodromunda Rusiyanın "MiQ-29" qırıcısını məhv etdiyini açıqlayıb
BKİ "Belbek" aerodromunda Rusiyanın "MiQ-29" qırıcısını məhv etdiyini açıqlayıb

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (BKİ) məlumatına görə, iyunun 26-na keçən gecə qurumun pilotsuz sistemlər departamentinin mütəxəssisləri işğal altında olan Krımdakı "Belbek" aerodromuna zərbə endiriblər. İddia olunur ki, əməliyyat nəticəsində Rusiyaya məxsus "MiQ-29" qırıcı təyyarəsi məhv edilib.

Bizimyol.info xəbər verir ki, BKİ-nin mətbuat xidmətinin yaydığı məlumata görə, xüsusi təyinatlılar eyni zərbə ilə aerodromun buraxılış qurğusunu da sıradan çıxarıblar. Bildirilir ki, zərbə anında həmin texnika işğalçı qüvvələrin döyüş təyyarəsinə xidmət göstərirmiş.

Kəşfiyyatın qiymətləndirməsinə görə, Rusiya tərəfinin təxmini maddi zərəri on milyonlarla dollar təşkil edə bilər.

Mətbuatın məlumatına görə, iyulun 4-nə keçən gecə Ukrayna pilotsuz uçuş aparatları Rusiyanın Baltik dənizində yerləşən ən iri neft məhsulları terminallarından birinə hücum edib.

Məlumata əsasən, əməliyyat 1-ci Əlahiddə Mərkəzin operatorları tərəfindən Xüsusi Əməliyyat Qüvvələri, Ukrayna Təhlükəsizlik Xidməti (UTX), Baş Kəşfiyyat İdarəsi və digər müdafiə strukturları ilə koordinasiyalı şəkildə həyata keçirilib.

Bundan başqa, 1-ci Əlahiddə Mərkəzin operatorlarının Baltik Donanmasının Leninqrad Hərbi Dəniz Bazasının əsas dislokasiya məntəqəsi olan "Kronştadt" obyektinə də zərbə endirdiyi bildirilir. Məlumata görə, bu obyekt döyüş gəmilərinin bazalanması, təmiri və texniki xidmətini, həmçinin Sankt-Peterburqa dənizdən yanaşmalara nəzarəti təmin edir.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »