Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putinin Konstantinovkanın işğal edildiyini deyib, Ukrayna Baş Qərargahı isə bu iddianı təkzib edir
Putinin Konstantinovkanın işğal edildiyini deyib, Ukrayna Baş Qərargahı isə bu iddianı təkzib edir

Rusiya Prezidenti Vladimir Putin rus qoşunlarının Donetsk vilayətində yerləşən Konstantinovka şəhərini ələ keçirdiyini iddia edib. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı isə bu məlumatın həqiqəti əks etdirmədiyini və şəhərin Müdafiə Qüvvələrinin nəzarətində qaldığını bildirib.

Bizimyol.info xəbər verir ki, Rusiya Baş Qərargah rəisi Valeri Gerasimov müşavirə zamanı Putinə Konstantinovka üzərində nəzarətin ələ keçirildiyi barədə məruzə edib. Putin şəhəri Donbasın mühüm nəqliyyat və sənaye mərkəzi adlandıraraq bunu strateji uğur kimi qiymətləndirib.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının sözçüsü, mayor Andriy Kovalyov isə ölkə mətbuatına açıqlamasında bildirib ki, avtomatlaşdırılmış "Dzvin" və DELTA idarəetmə sistemlərinin məlumatına əsasən, Konstantinovka Ukrayna ordusunun nəzarətindədir.

Onun sözlərinə görə, "Şərq" qoşun qruplaşmasının bölmələri həm şəhərdə, həm də ona yaxın ərazilərdə müdafiəni davam etdirir. Rusiyanın kiçik piyada qrupları vaxtaşırı şəhərə daxil olmağa cəhd göstərsə də, Ukrayna hərbçiləri onların qarşısını alır.

Kovalyov qeyd edib ki, iyulun 3-də bu istiqamətdə Rusiya qüvvələri 11 hücum cəhdi həyata keçirib, lakin heç bir nəticə əldə edə bilməyib. O, Moskvanı yüksək vəzifəli şəxslər vasitəsilə dezinformasiya yaymaqda ittiham edib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »