Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistan Konstitusiya Məhkəməsi seçkilərin nəticələrinin ləğvi edilməsi tələbindən imtina edib
Ermənistan Konstitusiya Məhkəməsi seçkilərin nəticələrinin ləğvi edilməsi tələbindən imtina edib

Ermənistan Konstitusiya Məhkəməsi müxalifət partiyalarının müraciətlərinə baxdıqdan sonra parlament seçkilərinin nəticələrinin etibarsız sayılması tələblərini təmin etməyib.

Bizimyol.info xəbər verir ki, Konstitusiya Məhkəməsində müraciətlərə baxılması iyunun 26-dan iyulun 1-dək davam edib. Bundan sonra hakimlər qərar qəbul etmək üçün müşavirə otağına yollanıblar.

Xatırladaq ki, Ermənistanda parlament seçkiləri 2026-cı il iyunun 7-də keçirilib. Rəsmi nəticələrə əsasən, Milli Məclisə üç siyasi qüvvə daxil olub. Hakim "Vətəndaş Müqaviləsi" Partiyası 49,7456 faiz (726 819 səs), "Güclü Ermənistan" bloku 23,2710 faiz (340 060 səs), "Ermənistan" bloku isə 9,9231 faiz (144 983 səs) toplayıb.

Səslərin sayılmasının müəyyən mərhələsində parlamentə düşmək ehtimalı olan "Çiçəklənən Ermənistan" Partiyası yekunda 58 287 səs (3,9893 faiz) əldə edib və qanunla müəyyən edilmiş 4 faizlik seçki baryerini aşa bilməyib.

Yeni parlamentdə "Vətəndaş Müqaviləsi" Partiyası 64, "Güclü Ermənistan" bloku 29, "Ermənistan" bloku isə 12 mandat qazanıb.

Beləliklə, hakim siyasi qüvvə parlamentdə çoxluğu qoruyub saxlayıb. Lakin onun Konstitusiyaya birtərəfli dəyişikliklər etmək üçün tələb olunan konstitusiya çoxluğu yoxdur.

İyunun 19-da yeddi siyasi qüvvə – "Güclü Ermənistan", "Çiçəklənən Ermənistan", "Ermənistan", "Birlik Qanadları", "Demokratiya, Qanun, Nizam", "Respublika naminə Demokratiyanın Müdafiəçiləri İttifaqı" və "Yeni Güc" – Konstitusiya Məhkəməsinə müraciət edərək seçkilərin nəticələrinin ləğvini tələb etmişdi.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »