ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff və prezidentin kürəkəni Cared Kuşnerin avqustun sonunadək Rusiyaya səfər edə biləcəyi bildirilir. Lakin konkret tarix hələ müəyyən edilməyib.
Bizimyol.info xəbər verir ki, bu barədə Rusiya mətbuatına danışan mənbə məlumat verib.
“Bəlkə yayın sonuna qədər, amma hələ ki, deyəcəyim dəqiq tarix yoxdur”, – deyə mənbə bildirib.
Daha əvvəl "The New York Times" qəzeti mənbələrə istinadla bildirmişdi ki, Vitkoff və Kuşner Rusiya və Ukrayna rəsmiləri ilə münaqişənin tənzimlənməsi məsələsi üzrə gündəlik əlaqə saxlayırlar.
Son dövrlərdə Yaxın Şərqdə vəziyyətin qismən sabitləşməsi fonunda onların Ukrayna münaqişəsinin nizamlanması üzrə vasitəçilik fəaliyyətinə qayıda biləcəyi barədə məlumatlar yayılıb. Bununla belə, mümkün səfərlərin dəqiq vaxtı hələ açıqlanmayıb.
Bizimyol.info






