Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zelenski Sankt-Peterburq yaxınlığındakı neft terminalına zərbəni təsdiqlədi
Zelenski Sankt-Peterburq yaxınlığındakı neft terminalına zərbəni təsdiqlədi

Ukrayna Prezidenti Vladimir Zelenski iyulun 4-nə keçən gecə Sankt-Peterburq yaxınlığında yerləşən neft infrastrukturuna və Kronştadtdakı hərbi obyektə zərbələr endirildiyini açıqlayıb.

Bizimyol.info xəbər verir ki, onun sözlərinə görə, Ukrayna Müdafiə Qüvvələri Rusiyanın müharibəni maliyyələşdirən liman neft infrastrukturunu hədəfə alıb.

"Bu gecə Ukraynanın Rusiyaya qarşı uzaqmənzilli zərbələri nəticə verdi. Müdafiə Qüvvələri Sankt-Peterburq yaxınlığında Rusiyanın müharibəni maliyyələşdirən liman neft infrastrukturuna zərbə endirdi. Həmçinin mühüm hərbi hədəf sayılan Kronştadtda da dəqiq vuruluşlar qeydə alındı. Hədəf Ukraynanın dövlət sərhədindən 850 kilometrdən çox məsafədə yerləşir", – deyə Zelenski bildirib.

Ukraynanın Pilotsuz Sistemlər Qüvvələri də əməliyyatı təsdiqləyərək, Leninqrad vilayətindəki "Sankt-Peterburq" neft terminalının və Baltik Donanmasının əsas bazalarından biri olan "Kronştadt" hərbi-dəniz bazasının hədəfə alındığını açıqlayıb.

Bildirilib ki, əməliyyat Pilotsuz Sistemlər Qüvvələri, Xüsusi Əməliyyatlar Qüvvələri, Ukrayna Təhlükəsizlik Xidməti (SBU), Baş Kəşfiyyat İdarəsi (GUR) və digər müdafiə strukturlarının birgə iştirakı ilə həyata keçirilib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »