Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tramp: ABŞ İranla danışıqlarda demək olar ki, bütün məqsədlərinə nail olub
Tramp: ABŞ İranla danışıqlarda demək olar ki, bütün məqsədlərinə nail olub

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun İranla aparılan danışıqlarda qarşıya qoyduğu məqsədlərin demək olar ki, hamısına nail olduğunu bildirib.

Bizimyol.info xəbər verir ki, o, iyulun 2-də CNBC telekanalına müsahibəsində deyib ki, danışıqlar davam edir və İran ABŞ üçün vacib olan məsələlərin əksəriyyəti ilə razılaşıb.

Tramp eyni zamanda vurğulayıb ki, İrana qarşı uzunmüddətli hərbi kampaniya aparmaq niyyətində deyil.

Aparıcının onu praqmatik siyasətçi adlandıraraq ABŞ-ni növbəti "sonsuz müharibə"dən uzaq tutduğunu deməsinə münasibət bildirən Tramp bununla razılaşdığını ifadə edib.

ABŞ Prezidenti bildirib ki, ölkəsi uzun illər müxtəlif müharibələrdə iştirak edib: "Vyetnamda 19 il olmuşuq. Əfqanıstanda təxminən 10 il qalmışıq. Koreya müharibəsi uzun illər davam edib. Birinci və İkinci Dünya müharibələrini isə heç xatırlatmaq istəmirəm. Həmin müharibələrin hər birində uzun müddət iştirak etmişik. Mən isə bunu cəmi dörd aydır davam etdirirəm", - deyə bildirib.

Tramp əlavə edib ki, bu müddət ərzində hərbi baxımdan ciddi nəticələr əldə etdiklərini düşünür.

Məqalədə qeyd olunur ki, ABŞ və İran arasında imzalanmış qarşılıqlı anlaşma memorandumunda bütün cəbhələrdə, o cümlədən Livanda hərbi əməliyyatların dərhal dayandırılması nəzərdə tutulur.

Bunun ardınca İsveçrənin Bürgenştok kurortunda Doha və İslamabadın vasitəçiliyi ilə memorandumun icrası ilə bağlı ABŞ və İran nümayəndələri arasında danışıqlar keçirilib.

Pakistan və Qətərin birgə bəyanatında bildirilib ki, danışıqlar konstruktiv və müsbət atmosferdə keçib, tərəflər irəliləyiş əldə edib və gələcək texniki məsləhətləşmələrin keçirilməsi üçün zəmin formalaşıb.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »