İsrail vətəndaşı Maykl Mizrahi bir qadın polis əməkdaşının açdığı atəş nəticəsində ölüb. Polis onu Kot-de-Nej bölgəsində baş verən silahlı hücumla əlaqəli şübhəli terrorçu ilə səhv salıb.
Bizimyol.info xəbər verir ki, bu barədə Kanadadanın Kvebek əyalətindəki Monreal Şəhər Polisi məlumat verib.
Ağır yaralanmasına baxmayaraq, zərərçəkmiş hadisə yerində buraxılıb və aldığı xəsarətlərdən həyatını itirib. Hadisə şəhərin yəhudi icmasının sıx yaşadığı ərazidə baş verən hücumdan sonra həyata keçirilən əməliyyat zamanı qeydə alınıb.
Həmin vaxt polis əməkdaşları mümkün təhlükəni qiymətləndirir və hücumda iştirak edə biləcək şəxsləri axtarırdılar.
Polis hadisə ilə bağlı daxili araşdırmaya başladığını açıqlayıb. Bildirilir ki, şəxsiyyətin səhv müəyyən edilməsi faciəvi nəticəyə gətirib çıxarıb.
Hüquq-mühafizə orqanları əməliyyatın detalları və yerində verilmiş qərarların ardıcıllığını araşdırmağa davam edir. İlkin istintaq prosedurları başa çatdıqdan sonra əlavə məlumatın veriləcəyi bildirilir.
Bizimyol.info






