Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Taksi şirkətindən açıqlama - “Sürücü gedişi ləğv etmək və ya əlavə ödəniş tələb edərsə...”
Taksi şirkətindən açıqlama - “Sürücü gedişi ləğv etmək və ya əlavə ödəniş tələb edərsə...”

Avtobloger sosial mediada taksi xidməti ilə bağlı yeni bir problemin olduğunu bildirib. Onun sözlərinə görə, sürücülər sifarişi qəbul etdikdən sonra sərnişindən onu ləğv etməyi xahiş edirlər. Eyni zamanda sosial şəbəkələrdə istifadəçilər taksi tapmaqda çətinlik çəkdiklərini, sifarişlərin ya gec qəbul olunduğunu, ya da ümumiyyətlə qəbul edilmədiyini qeyd edirlər.

  • Sifarişlərin qəbul edilib sonra ləğv olunması və taksi çatışmazlığı ilə bağlı yaranan problemlərin səbəbi nədir?

Yaranan sualla bağlı “Bolt” şirkətinə sorğu ünvanladıq. Qurumdan Bizimyol.info xəbər portalının sorğusuna cavab olaraq bildirilib: “Əgər sürücü sifarişi qəbul etdikdən sonra əsassız səbəbdən ləğv edirsə, sərnişindən sifarişi ləğv etməsini xahiş edirsə və ya əlavə ödəniş tələb edirsə, bu, platformanın qaydalarına uyğun davranış hesab olunmur. Belə hallarla qarşılaşan sərnişinlərdən tətbiq vasitəsilə şikayət bildirmələri xahiş olunur.

“Bolt”un dəstək xidməti daxil olan bütün müraciətləri araşdırır. Şikayət təsdiqləndiyi təqdirdə sürücü ilə əlaqə saxlanılır, bu hallar onun reytinqinə təsir göstərir və təkrarlanarsa, hesabın deaktiv edilməsinə qədər tədbirlər görülə bilər.

Məqsədimiz həm sərnişinlərin rahatlığını və təhlükəsizliyini, həm də platformada göstərilən xidmətin keyfiyyətini yüksək səviyyədə saxlamaqdır”.

Günel Həsənova, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »