Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Süni intellekt dövründə etibar və insan amilinə ehtiyac artır
Süni intellekt dövründə etibar və insan amilinə ehtiyac artır

İyunun 23-də The Ritz-Carlton Baku hotelində keçirilən “Biznes Liderləri Zirvəsi”ndə çıxış edən spiker Esen Kasan bildirib ki, süni intellektin sürətlə inkişafı biznes dünyasında böyük dəyişikliklər yaratsa da, etibara və insan amilinə olan ehtiyac daha da artır.

Onun sözlərinə görə, texnologiyaların inkişafı insanın təhlükəsizlik və etibar hissinə olan ehtiyacını aradan qaldırmır. Əksinə, qeyri-müəyyənliyin artdığı dövrlərdə etibar daha böyük əhəmiyyət kəsb edir.

Çıxış zamanı etibar üzrə beynəlxalq ekspert Rachel Botsmanın fikirlərinə də istinad olunub. Qeyd edilib ki, Rachel Botsman etibarı “naməlumla qurulan təhlükəsiz münasibət” kimi xarakterizə edir. Bu baxımdan, qeyri-müəyyənlik artdıqca etibara olan tələbatın da yüksələcəyi vurğulanıb.

Spiker həmçinin müasir dövrdə “paylanmış etibar” anlayışının ön plana çıxdığını bildirib. Onun sözlərinə görə, bu gün etibar yalnız insanlar arasında deyil, həm də texnologiyalar, platformalar və müxtəlif sistemlər vasitəsilə formalaşır.

Çıxışda pandemiya, müharibələr, təchizat zəncirində yaranan problemlər, inflyasiya və süni intellektin yaratdığı yeni reallıqların biznes mühitinə təsirindən də bəhs olunub. Qeyd edilib ki, artıq süni intellekti insandan, liderliyi strategiyadan, iqtisadiyyatı isə geosiyasi proseslərdən ayrı düşünmək mümkün deyil. Müasir dövrdə şirkətlərin uğuru bütün bu amilləri bir-biri ilə əlaqəli şəkildə idarə etməsindən asılıdır.

Leyla Mirzə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »