Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
DİN: “Xidmətlə bağlı ödəniş tələb edən şəxslər barələrində inzibati tənbeh tədbiri tətbiq olunur”
DİN: “Xidmətlə bağlı ödəniş tələb edən şəxslər barələrində inzibati tənbeh tədbiri tətbiq olunur”

Yasamal rayonu Şamil Əzizbəyov küçəsi 67/69 ünvanında yol naməlum şəxs tərəfindən zəbt edilib.

Bizimyol.info "Xitab24.az"a daxil olan şikayətdə bildirilir ki, o, qanunsuz parkinq fəaliyyəti ilə məşğuldur.

Sakinlərin sözlərinə görə, həmin şəxs Üzeyir Hacıbəylinin ev muzeyinin qarşısında müxtəlif dəmir maneələrdən, su bidonlarından istifadə edərək nəqliyyat vasitələrinin hərəkətində məhdudiyyət yaradır.

Məlumata görə, həmin küçədə nəqliyyat vasitələri üçün dayanmağın qadağan olunduğunu əks etdirən nişan olsa da, qanunsuz parkinq fəaliyyəti ilə məşğul olan şəxs buna məhəl qoymur.

Nəticədə o, müxtəlif vasitələrlə zəbt etdiyi yolun sağ tərəfini orada avtomobil saxlamaq istəyən şəxslərə 1-3 manat qarşılığında təklif edir ki, bu da müəyyən mübahisələrə səbəb olur.

Yasamal rayonu Ş. Əzizbəyov küçəsində yolun qanunsuz zəbt olunması ilə bağlı tədbir görülürmü?

Yaranan sualla bağlı Daxili İşlər Nazirliyinə sorğu ünvanladıq. DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov Bizimyol.info xəbər portalının sorğusuna cavab olaraq bildirib: “Paytaxtın Yasamal rayonunda avtomobil parklanması üçün qanunsuz zəbt edilən ərazi polis əməkdaşları tərəfindən nəzarətə götürülüb. Qanunsuz parklanma yeri təşkil edən şəxslə profilaktik iş aparılmaqla barəsində qanunamüvafiq tədbir görülüb. Səlahiyyəti olmadan parklanma yerlərini təşkil edən, parklanma xidməti göstərən yaxud həmin xidmətlə bağlı ödəniş tələb edən şəxslər müəyyən edilərək barələrində inzibati tənbeh tədbiri tətbiq olunur”.

Günel Həsənova, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »