ABŞ Prezidenti Donald Trumpın İtaliyanın Baş naziri Giorgia Meloni barədə səsləndirdiyi “şəkil üçün yalvarıb” iddiası iki ölkə arasında diplomatik gərginlik yaradıb və Romadan sərt reaksiyalara səbəb olub.
Bizimyol.info xəbər verir ki, Tramp G7 sammiti zamanı Meloninin onunla şəkil çəkdirmək üçün dəfələrlə xahiş etdiyini iddia edərək, İtaliya liderinin bunu “öz reytinqini artırmaq üçün etdiyini” bildirib. O, həmçinin İtaliyanın ABŞ hərbi əməliyyatlarına dəstək verməməsini tənqid edib və bu ölkəni “müttəfiqlik öhdəliklərini yetərincə yerinə yetirməməkdə” günahlandırıb.
İtaliya hökuməti isə bu açıqlamalara sərt cavab verib. Xarici işlər naziri Antonio Tajani ABŞ-a planlaşdırdığı səfəri ləğv edərək Trampın sözlərini “təhqiramiz və qəbuledilməz” adlandırıb.
Baş nazir Meloni videomüraciətlə çıxış edərək Trampın iddialarını qəti şəkildə rədd edib: “Bu iddialar tamamilə uydurmadır. İtaliya və mən heç vaxt heç kimə yalvarmırıq”, - deyə o qed edib.
Münasibətlərdə gərginliyi artıran əsas məqamlar arasında ABŞ-ın İrana qarşı hərbi siyasəti, Ukrayna müharibəsi ilə bağlı fikir ayrılıqları və Vaşinqtonun Avropaya tətbiq etdiyi ticarət tarifləri göstərilir. Analitiklər bu qarşıdurmanın Meloninin daxili siyasi mövqeyini belə gücləndirə biləcəyini istisna etmir.
İtaliya daxilində isə hökumət və müxalifət Trampa qarşı birləşib. Rəsmi Roma açıqlamalarını “müttəfiqlik münasibətlərinə zərbə” kimi qiymətləndirir.
Diplomatik böhran fonunda Avropa İttifaqı daxilində də Meloniyə dəstək mesajları artıb, bu isə ABŞ–İtaliya münasibətlərində yeni gərgin mərhələnin başladığına işarə edir.
Bizimyol.info






