Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Pakistanın daxili işlər naziri Livandakı vəziyyətlə bağlı Tehrana mesajlar aparır
Pakistanın daxili işlər naziri Livandakı vəziyyətlə bağlı Tehrana mesajlar aparır

Pakistanın daxili işlər naziri Möhsin Rza Nəqvi Livandakı vəziyyətlə bağlı mesajları İran rəhbərliyinə çatdıracaq.

Bizimyol.info xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının “Al Arabiya” telekanalının mənbələrə istinadən məlumat verib.

Mənbələrin bildirdiyinə görə, “Pakistan DİN rəhbəri Livanla bağlı danışıqlara dair mesajları Tehrana ötürəcək”. Onların sözlərinə əsasən, İran və ABŞ arasında aparılan danışıqlarda hazırda əsas mübahisəli mövzulardan biri məhz Livandır.

Bundan əvvəl İranın IRNA agentliyi xəbər vermişdi ki, Nəqvi İranın nüvə proqramı və sanksiyaların aradan qaldırılması məsələləri üzrə Tehranla Vaşinqton arasında danışıqların təşkilinə yönəlmiş vasitəçilik səyləri fonunda Tehrana yola düşüb.

Məlumata görə, Pakistanlı nazir Tehranda İran İslam Respublikasının rəsmiləri ilə bir sıra görüşlər keçirəcək.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »