Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Vens: Vitkoff və Kuşner artıq İranla danışıqların texniki məsələləri üzərində işləyirlər
Vens: Vitkoff və Kuşner artıq İranla danışıqların texniki məsələləri üzərində işləyirlər

ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff və Amerika liderinin kürəkəni Cared Kuşner artıq İsveçrədədir və İranla aparılacaq danışıqlarla bağlı texniki məsələlərin hazırlanması ilə məşğul olurlar.

Bizimyol.info xəbər verir ki, bu barədə ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens "Fox News" telekanalına müsahibəsində bildirib.

“İran hökumətinin, həmçinin Qətər və Pakistan nümayəndələrinin iştirakı ilə danışıqlar planlaşdırırıq. Bu, artıq sabah — bazar günü baş tuta bilər. Belə proseslərdə tarixlər bəzən dəyişir. Cared və Stiv artıq bir neçə saatdır ki, danışıqların aparılacağı yerdədirlər və danışıqlarla bağlı bəzi texniki məsələləri həll edirlər”, — deyə Vens bildirib.

Vitse-prezident qeyd edib ki, hazırda ABŞ üçün əsas prioritetlər Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyi və İranın nüvə proqramının tam ləğvidir. Buraya zənginləşdirilmiş uranın İran ərazisindən çıxarılması da daxildir.

“Bu, danışıqların ilk mərhələsidir. Səhər Cared, həmçinin Stivlə danışdım və mənə məlum olan qədərilə hər şey yaxşı gedir. Lakin əlbəttə ki, biz bütün bunları yoxlamaq niyyətindəyik”, — deyə Vens əlavə edib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »